AFFA-nın keçirdiyi Region Liqasında Paytaxt və Şimal zonasının B qrupununun lideri olan "Şahdağ"ın baş məşqçisi Qəzənfər Abbasov tutduğu vəzifədən istefa verib. Sport24.az xəbər verir ki, bu haqda adıçəkilən mütəxəssisin şəxsi "Facebook" səhifəsində paylaşım edərək məlumat verib: "İstefa! Öncə "Şahdağ" azarkeşlərinə komandaya göstərdikləri dəstəyə görə minnətdarlığımı bildirirəm. Komandanı qısa müddətdə yığmağımıza baxmayaraq, keçirdiyimiz 4 oyunun hamsında qələbə qazanaraq qrup lideri kimi davam etmişik. Komandamda olan bütün futbolçulara, məqşçilər korpusuna, inzibati heyətə ayrı-ayrılıqda minnətdarlığımı bildirirəm. Mənə inanıb, uğurlarımızda əllərindən gələni əsirgəmədilər. "Şahdağ"dan ayrılmağım bəlkə də çoxlarına maraqlıdı. Bildirmək istəyirəm ki, klub rəhbərliyinin komanda qarşısında verdiyi vədləri yerinə yetirə bilməməsi və komandaya olan maliyyə borcuna görə ayrılmağa qərar verdim. Bu gündən öz adımdan "Şahdağ"a uğurlar arzu edirəm".

Xatırladaq ki, Abbasov bu mövsümdən Quba klubunu çalışdıraraq son vaxtlar yarnana maliyyə problemlərinin həlliylə bağlı rəhbərlikdən cavab gözləyirdi. O, bunadək Sumqayıtın "Uğur" klubunu liqada ardıcıl 2 mövsüm çempion edib.