Mayın 21-də II Liqada mövsümə yekun vurulacaq. Sport24.az xəbər verir ki, sonuncu turun oyunlarından əvvəl 14 nəfər cəzalı durumdadır.

Bunlardan 1-i baş məşqçi, 13-ü isə futbolçudur.

"Şahdağ Qusar"dan Famil Camalov, Vüsal Hüseynov, "Qusar"dan Orxan Qurbanlı, "Dinamo"dan Əlisa İsayev, Aydın İsxanzadə, Əkbər Səfərzadə, "Göygöl"dən Seymur Fərəci, Cavanşir Cavanşirov, "Kür-Araz"dan Museyib Vəlizadə, Eltun Həsənli, "Hypers Guba"dan İbrahim Nağıyev, "Sheki City "dən Osman Soltanov, "Ağdaş"dan Səbubi Ağayev meydana çıxa bilməyəcəklər.

"Ağdaş"ın baş məşqçisi Ruslan Hüseynov da texniki zonada əyləşə bilməyəcək.