Azərbaycanın U-21 millisinin sabiq futbolçusu İbrahim Qədirzadə karyerasını Gürcüstanda davam etdirəcək. Sport24.az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi "Samtredia" ilə müqavilə imzalayıb.

Ancaq yüksək liqa klubuyla müqavilənin detallarını açıqlamayıb.

"Xəzər Lənkəran"ın yetirməsi olan İbrahim 2019-cu ildə MOİK-lə I Divizion çempionu olub. "Qarabağ"ın U-19 komandasında UEFA Gənclər Liqasının iştirak edən Qədirzadə son olaraq "Neftçi"də forma geyinib.

Xatırladaq ki, "Samtredia"da son ilyarımda azərbaycanlı hücumçu Nicat Qurbanov çıxış edərək, qış fasiləsində "Keşlə"yə keçdi.