Konfrans Liqasının II təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan "Aris" daha bir futbolçu transfer edəcək. Sport24.az xəbər verir ki, Kipr mətbuatı "Genqam"ın hücumçusu Yannik Qomisi Limassol klubu ilə danışıqlara başladığını yazıb.

30 yaşlı seneqallı forvard özü də Fransanı tərk edərək Kiprə yollanmağın əlehinə deyil. Keçən mövsüm Liqa 2-də 35 oyuna çıxan Qomis 3 qol, 3 assistlə yadda qalıb. 

​Xatırladaq ki, "Neftçi" "Aris"lə iyulun 21-də səfərdə, 28-də isə öz meydanında qarşılaşacaq.