𝐘𝐞𝐧𝐢𝐥ə𝐧𝐦𝐢𝐬̧ "𝐒̧ə𝐦𝐤𝐢𝐫" 𝐟𝐮𝐭𝐛𝐨𝐥 𝐤𝐥𝐮𝐛𝐮𝐧un 𝐭ə𝐪𝐝𝐢𝐦𝐚𝐭 𝐦ə𝐫𝐚𝐬𝐢𝐦𝐢 𝐤𝐞𝐜̧𝐢𝐫𝐢𝐥𝐢𝐛. Sport24.az xəbər verir ki, tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, yerli ictimaiyyət nümayəndələri və sahibkarlar iştirak ediblər.      

 

Tədbirdə çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev klubun yenidən formalaşdırılmasına töhvə vermiş hər kəsə təşəkkürünü bildirib, klub rəhbərliyinin "Şəmkir"in şanlı tarixini bərpa edəcəyinə inandığını vurğulayıb, bu istiqamətdə onlara dəstək göstəriləcəyini bildirib.  

 

Futbolun İnkişaf Fondunun icraçı direktoru Tural Piriyev Fondun regionlardakı fəaliyyəti, "Şəmkir" futbol klubu ilə birgə layihələr və kluba dəstək imkanları barədə təqdimatla çıxış edib.  

 

Daha sonra veteran futbolçular, II Liqada mübarizə aparan "Şəmkir"in baş məşqçisi Vüqar Nadirov, klubun İdarə Heyətinin üzvləri çıxış edərək rayon ictimaiyyətini kluba dəstək olmağa çağırıblar.