Ənvər Əl-Qazinin klubsuz günləri başa çatıb. Sport24.az xəbər verir ki, futbolçunun yeni iş yeri Almaniya klubu olub. 

Niderlandlı hücumçu azad agent kimi “Maynts-05” ilə anlaşıb. Ənvərin Almaniya təmsilçisi ilə bağladığı müqavilənin müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Əl-Qazinin sonuncu klubu PSV olub. O, “Ayaks”, “Lill”, “Aston Villa” və “Everton”da da çıxış edib.