FİFA-nın Avropa Milli Assosiasiyaları Departamentinin direktoru Elxan Məmmədov Ukraynaya işgüzar səfər edib. Sport24.az xəbər verir ki, qurum rəsmisi bu barədə şəxis sosial şəbəkə hesablarında məlumat yayıb.

AFFA-nın viset-prezidenti Ukrayna Futbol Federasiyasının prezidenti Andrey Pavelko, baş katib Yuri Zapisotski, gənclər və idman naziri Vadim Quttsaytla görüşüb. Məmmədov görüşdən məmnun olduğunu bildirib.