"İrəvan"dan ayrılandan sonra Avropaya getmək üçün çox çalışdım. Amma alınmadı. Məcbur qalıb fərdi məşqlərlə kifayətləndim. Yaya qədər oynaya biləcəyim komanda tapmalıydım". Bu sözləri Sport24.az-a açıqlamasında Elvin Yunuszadə bildirib.

 

Qış fasiləsində Kosovo klubu ilə anlaşan təcrübəli müdafiəçi sonda istəyinə çata bilmədi. Sənədləşmə ilə bağlı problem yaşayan Yunuszadə karyerasını I Liqada çıxış edən "İmişli"də davam etdirmək məcburiyyətində qaldı. Saytımıza açıqlamasında Elvin niyə məhz "İmişli" ilə anlaşdığına aydınlıq gətirib: "İmişli" variantı alındı. Baş məşqçi Əsgər Abdullayevlə müzakirə etdikdən sonra yaya kimi bölgə təmsilçisiylə müqavilə bağladım. Bu klubu seçməyimdə əsas səbəb isə onların qarşılarına qoyduğu hədəfdi. Belə ki, imişlilər çempionluğa oynayır və məqsədləri elitaya yüksəlməkdi. Onların iddiası mənə xoş gəlir. Ötən turda bir debütdə etdim. Çalışacam ki, burda olduğum müddətdə həm özümə, həm də "İmişli"yə faydalı olum".

 


Qeyd edək ki, Yunuszadə mövsümün ilk yarısını I Liqanın digər təmsilçisi "İrəvan"da keçirib.



ABDULLA İSMAYILOĞLU