"Turan Tovuz"la müqaviləm bitdi. Klubla müqaviləni uzatmamaq qərarına gəldim". Bu sözləri Sport24.az-a açıqlamasında Eltun Turabov deyib.

Müdafiəçi hələ ötən mövsüm yekunlaşmamış "Karvan"la anlaşdığını bildirib:


"Karvan"a keçidim menecerim Yunis Yunisli vasitəsi ilə oldu. Ötən mövsüm bitməmiş Yevlax təmsilçisi ilə danışıqlar demək olur ki yekunlaşmışdı. "Turan Tovuz"da olan dəyişikliklər səbəbindən və ümumiyyətlə, legioner limitinin ləğvinə görə daha çox forma geyinə biləcəyim komanda seçmək qərarına gəldim. "Karvan"da özümü xoşbəxt hiss edirəm. Komandanın məqsədi Premyer Liqada layiqincə mübarizə aparmaqdır".

Qeyd edək ki, karyerası ərzində "Turan Tovuz", "Sumqayıt", "Sabah" kimi komandaların uğurları üçün çalışıb.