Son günlər mətbuatda Elmar Baxşıyevin "Kəpəz"in baş məşqçisi olacağı ilə bağlı xəbərlər yayılıb. Təcrübəli mütəxəssis məsələ ilə bağlı Sport24.az-a açıqlama verərək bu iddialara münasibət bildirib.
O, yayılan məlumatların həqiqəti əks etdirmədiyini vurğulayıb:
"Mənim "Kəpəz"in baş məşqçisi olacağım barədə yayılan xəbərlər doğru deyil. Klub rəhbərliyindən mənimlə əlaqə saxlayan olmayıb. Hazırda heç bir klubla danışıq aparmıram".
Qeyd edək ki, Baxşıyev son olaraq "Araz-Naxçıvan"ın baş məşqçi vəzifəsində çalışıb.