AÇ-2024-ün seçmə mərhələsində ilk turun oyunları keçirilir.

Sport24.az xəbər verir ki, bu gün baş tutan Bolqarıstan - Monteneqro matçını azərbaycanlı hakimlər idarə edib. 

G qrupu çərçivəsində keçirilmiş matçın baş hakimi Əliyar Ağayev olub. Qonaqlar bu oyundan 1:0 hesablı qələbə ilə ayrılıblar. FİFA referimiz bu oyunda cəmi bir sarı vərəqəyə əl atıb. O, 43-cü dəqiqədə qonaq komandanın müdafiəçisi Stefan Saviçi cəzalandırıb. 

Yeri gəlmişkən, “Qarabağ”ın müdafiəçisi Marko Veşoviç qalib gəldikləri bu oyunda 90 dəqiqə meydanda olub.

Əliyara bu qarşılaşmada yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək ediblər. Qarşılaşmanın dördüncü hakimi isə Kamal Umudlu olub.