Əlcəzairdə çempionat oyunu zamanı tribunanın uçması nəticəsində 1 nəfər ölüb, 11 nəfər yaralanıb. Sport24.az xəbər verir ki, bu barədə "AFP" yerli hakimiyyət orqanlarına istinadən məlumat paylaşıb.

 

"Maqra" ilə qolsuz bərabərə qalan "MC Alger" ardıcıl ikinci dəfə ölkə çempionu olub.

 

"5 İyul" stadionunda çempionluğu qeyd edən zamanı qoruyucu maneənin uçması nəticəsində bir neçə nəfər yuxarı mərtəbədən yıxılıb. Milli Futbol Liqası "MC Alger"ə çempionluq kubokunun təqdimatını ləğv edib.