Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu azərbaycanlı yeniyetmə futbolçu Kamran Babazadəyə rəsmi dəvət göndərib. Sport24.az xəbər verir ki, bu barədə 14 yaşı tamam olacaq futbolçunun atası Rəşad Babayev sosial şəbəkə hesabında məlumat yayıb.

Bildirilib ki, "Dinamo"nun göndərdiyi rəsmi dəvət Kamran Babazadənin müqavilə ilə məxsus olduğu "Şəfa" klubuna daxil olub.

Rəşad Babayev oğlunun gələcək karyerası ilə bağlı Azərbaycan futbol ictimaiyyətindən dəstək istəyib.

Qeyd edək ki, Rəşad Babayev I Liqa təmsilçisi "Xankəndi"nin baş meneceridir.