AVRO-2024-ün seçmə mərhələsində ilk matçlara hazırlıq məqsədilə bir araya gələn milli komandamızın heyətində dəyişiklik olmayacaq. Sport24.az-ın əldə etdiyi məlumata görə, italiyalı baş məşqçi Canni de Byazi zədələndiyinə görə heyətdən çıxarılan "Konyaspor"un hücumçusu Mahir Emrelinin yerinə futbolçu çağırmağı lazım biıməyib. Bununla da Avstriya və İsveç yığmaları ilə səfər oyunlarıa millimiz 26 futbolçu ilə  yollanacaq.

Xatırladaq ki, milli komandamız martın 18-də Bakıda başlayan hazırlığı sabah yekunlaşdıracaq, birigün Avstriyaya yollanacaq.