DÇ-2024-ün seçmə mərhələsində Avstriya yığmasıyla səfər matçındakı nəticə Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi üçün ilk olub. Sport24.az xəbər verir ki, 67 yaşlı mütəxəssis 3-cü ildir çalışdırdığı millimizdə ilk dəfə səfərdə böyük hesabla yenilib. Bu, Linz şəhərində 1:4 hesablı məğlubiyyət olub. 

De Byazi milli komandamızda 31-ci matçını keçirib. Bunadək böyükhesablı məğlubiyyətlər evdə - Bakı Olimpiya Stadionuda Portuqaliya və İrlandiyaya olmuşdu - hər ikisi 0:3. 

Onu da bildirək ki, de Byazili millimizin qələbə və heç-heçə sayı eynidi - 7. Qalan 17 görüşdə isə məğlubiyyətimiz qeydə alınıb.