"Neftçi" ilə oyunun çətin keçəcəyini bilirdik. Fikrimcə, düşündüyümüz kimi də oldu. Matçda üstünlük bizim tərəfimizdə idi. Bir neçə qol fürsətimiz hətta penalti qazansaq da, faydalana bilmədik".  Bu sözləri Sport24.az saytına açıqlamasında "Sabah"ın futbolçusu Coy-Lens Mikels komandasının Azərbaycan Premyer Liqasının XI turunda "Neftçi" ilə oyunu şərh edərkən bildirib.

 

Almaniyalı futbolçunun sözlərinə görə, növbəti turda qarşılaşacaqları "Sumqayıt"la oyunda hədəfləri 3 xal olacaq:

 

"Futbolda hərdən üstün futbol oynamağın belə 3 xal qazanmağa təminat vermir. İndi ayrı-ayrı epizodlar barədə düşünmək yox, bu matçı unudub qarşıdakı oyunlara köklənmək vaxtıdır. Qarşıda bizi daha bir çətin oyun gözləyir. Biz hər oyunumuza qələbə üçün çıxırıq. Səfərdə "Sumqayıt"la oyunda da əsas hədəfimiz 3 xaldır. İnanıram ki, bu oyundan qələbə ilə ayrılıb, azarkeçlərimizi sevindirəcəyik".