Azərbaycan millisinin futbolçusu Coşqun Diniyevin "Qəbələ"yə keçidi də baş tutmayıb. Sport24.az-ın əldə etdiyi məlumata görə, tərəflər arasında aparılan danışıqlardan müsbət nəticə əldə olunmayıb.

Hazırda azad agent statusunda olan 30 yaşlı yarımmüdafiəçi özünə yeni komanda axtarmaqda davam edir.

Qeyd edək ki, Diniyevin son klubu "Araz-Naxçıvan" olub.