Misli Premyer Liqasının 33-cü turunun oyunlarını stadionlardan izləmiş azarkeşlərin sayı bəlli olub. Sport24.az xəbər verir ki, beş qarşılaşmada ümumilikdə 5500 tamaşaçı qeydə alınıb.
"Zirə" - "Turan Tovuz" görüşündə 1200, "Şamaxı" - "Səbail" duelində (1:1) 1700, "Araz-Naxçıvan" - "Sabah" matçında 250, "Qarabağ" - "Sumqayıt" oyununda 1500, "Neftçi" - "Kəpəz" (2:2) qarşılaşmasında 850 tamaşaçı əyləşib.
Qeyd edək ki, 34-cü tur mayın 9-da başlayacaq.