Azərbaycan I Liqasında "Ayın qolu" layihəsi çərçivəsində fevralın ən yaxşı qolunun müəllifi olan Ramil Orucov mükafatlandırılıb. Sport24.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidməti məlumat yayıb.
MOİK klubunun futbolçusuna mükafatı XXI turun Binə qəsəbə stadionunda keçirilən MOİK - "Cəbrayıl" qarşılaşmasından əvvəl PFL-in Media və marketinq direktoru Sənan Abdullayev təqdim edib.