İkinci Liqada çempionluğa iddialı "Xankəndi"də klubdaxili iclas olacaq. Bu barədə Sport24.az-a kluba yaxın mənbədən məlumat daxil olub. 

Qış fasiləsində heyətdə bir sıra dəyişiklik olacağı gözlənilir. Toplantıda yeni transferlər və komandanın yollarını ayıra biləcəyi futbolçular dəqiqləşəcək.

Qeyd edək ki, "Xankəndi" hazırda II Liqada 39 xalla ikinci pillədə qərarlaşıb. Lider "Qaradağ Lökbatan" da eyni xala malikdir.