Bu gün I Liqada mövsümə yekun vurulacaq. Sport24.az xəbər verir ki, 27-ci turun 2-ci oyun gününə 3 görüş nəzərdə tutulub.

 

"Cəbrayıl" "Zaqatala" ilə, "Bakı Sportinq" MOİK-lə, "Difai" isə "İmişli" ilə qarşılaşacaq. 

 

Qeyd edək ki, 1-ci liqada "Qəbələ" çempion olub, "İmişli" 2-ci, "Karvan" 3-cü yeri tutub. Sözügedən klublar növbəti mövsüm Misli Premyer Liqasında mübarizə aparmaq hüququ əldə ediblər. "Qaradağ Lökbatan"ın isə 2025/26 mövsümündə 2-ci liqada yarışacağı dəqiqləşib.

 

23 may (cümə)

15:00. "Cəbrayıl" – "Zaqatala" 

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, İslam Məmmədov

"ASCO Arena"

15:00. "Bakı Sportinq" – MOİK 

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Elmin Süleymanov, Alik Yunusov

Binə qəsəbə stadionu

15:00. "Difai" – "İmişli"

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Sənan Bayramzadə

Şamaxı OİK stadionu

22 may (cümə axşamı)

"Qaradağ Lökbatan" – "Qəbələ" - 0:3

"Mingəçevir" – "Karvan" - 2:1