"Əvvəlki toplanışa Ramil Məmmədov və Ozan Can Kökçü də dəvət almışdı. Amma son dönəmlərdə özlərini yaxşı tərəfdən göstərə bilmədikləri üçün bu dəfə çağırmadıq".

 

Sport24.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş mətbuat konfransında deyib.

 

"Məqsədimiz yaxşı hazırlaşıb qələbə qazanmaqdır. Bəzi oyunçulara zədəli olduqları üçün dəvət göndərmədik. Hamısının gələcəkdə şansları ola bilər. Millinin qapısı hər zaman açıqdır".

 

Qeyd edək ki, Azərbaycan millisi iyunun 7-də Riqada Latviya ilə, üç gün sonra Bakıda Macarıstan yığması ilə yoldaşlıq oyunu keçirəcək.

 

Xatırladaq ki, portuqaliyalı mütəxəssisin rəhbərlik etdiyi milli iyunun 7-də səfərdə Latviya, bundan 3 gün sonra isə Bakıda Macarıstan yığması ilə üz-üzə gələcək.