Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında daha bir oyun keçirilib. Sport24.az xəbər verir ki, İngiltərə və Macarıstan yığmaları C qrupunun oyununda üz-üzə gəliblər.

 

Milli Gimnastika Arenasında reallaşan qarşılaşmada qalib müəyyənləşməyib - 1:1.

 

İngiltərə I turda Ukraynanı 4 cavabsız qolla üstələyib. Macarlar isə Türkiyə ilə bərabərə qalıb - 1:1.

 

C qrupunun Ukrayna - Türkiyə matçı bu gün, saat 19:30-da başlayacaq.

 

Qeyd edək ki, dünya çempionatına iyunun 1-də yekun vurulacaq.