Bu gün Azərbaycan I Liqasında II tura start verilib. Sport24.az xəbər verir ki, turun ilk oyun günü qol sarıdan çox kasad olub.

Belə ki, paytaxtda keçirilən 2 matçda cəmi 1 qol vurulub, o da penaltidən. Bu, Əsgər Abdullayevin "İmişli"nin baş məşqçi postunda ilk məğlubiyyətini reallaşdırıb.

 

20 sentyabr (çərşənbə)

"İrəvan" - "Karvan" 0:0

MOİK – “İmişli” - 1:0

Qol: Samir İbrahimov 54-pen

 

Turun digər oyunları sabah baş tutacaq.

15:00. “Şamaxı” – “Araz-Saatlı”

15:00. "Mingəçevir” – “Qaradağ-Lökbatan”

15:30. "Difai-Ağsu” – “Zaqatala”