"Neftçi" Samir Abasovun gəlişindən sonra "Səbail"i məğlub etdi və hər kəs gözləyirdi ki, işlər qaydasına düşəcək. Amma klubda işlər düzəlmir. Davamı gəlməli idi. Son turda "Sumqayıt"a məğlub oldular. "Neftçi" yaxşı dövrünü yaşamır".
Bu sözləri Sport24.az-a açıqlamasında veteran futbolçu Bəxtiyar Musayev deyib.
Vaxtilə "ağ-qaralar"a həm futbolçu, həm də məşqçi kimi xidmət etmiş mütəxəssis qış fasiləsindən sonra fərqli "Neftçi" görəcəyimizi bildirib:
"İrəliləyiş yoxdur. Flaqmanın ön pillələrdə olmasını istəyirik. Hər mövsüm başlayanda çoxlu transferlər edilir. "Neftçi"nin fikiri "Qarabağ"la rəqabət aparmaq olmalıdır. Amma əksini görürük. İndi də komandanın heyəti normaldır. Bu futbolçularla matçda üstün oynamaq lazımdır. Heyəti "Neftçi"dən nisbətən zəif olan klublar üst pillədə yer alıblar. Məsələn, "Turan Tovuz" və "Araz Naxçıvan". Hansı ki, bu komandalarda "Neftçi"yə lazım olmayan futbolçular çıxış edir. Xüsusi ilə Elmar Baxşıyevi təbrik edirəm. Bəhanə gətirmədən işini görür. Ümid edirəm ki, "Neftçi"də toparlanacaq. Çünki "ağ-qaralar"ın çempionatımıza rəng qatması lazımdır. Ümid edirəm qış fasiləsindən sonra başqa "Neftçi" görəcəyik. Rəhbərlik maddi baxımdan hər bir dəstəyi görür. Amma təkcə maddi dəstək kifayət etmir. Klubda hələ də vəziyyət ürəkaçan deyil".