"Sabah"ın və millimizin futbolçusu Bəhlul Mustafazadənin Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Əyn" klubuna keçidi baş tutmur. Sport24.az xəbər verir ki, buna səbəb komandanın tanınmış ukraynalı baş məşqçisi Sergey Rebrovun 24 yaşlı müdafiəçimizi istəməməsidi. 

Bununla da Bəhlul yaxın 3 gündə azad agent statuslu olacaq. Belə ki, "Sabah"la ərəblər arasında anlaşma artıq rəsmiləşib, amma iyulun 24-də futbolçu ilə şəxsi müqavilə imzalanmasa, azad agent olacaq. 

Xatırladaq ki, Rebrovun köməkçilərindən biri "Sabah"ın ispaniyalı sabiq baş məşqçisi Visente Qomezdi.