Sloveniyada təlim-məşq toplanışında olan "Sabah" bu gün növbəti yoxlama oyununu keçirəcək. Sport24.az xəbər verir ki, "bayquşlar" Serbiya təmsilçisi "Çukariçki" ilə qarşılaşacaq.
"Sports park Radomlje"də keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.
Qeyd edək ki, "Sabah" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Makkabi" (Hayfa) ilə qarşılaşacaq. Komandalar arasında ilk görüş iyulun 25-də Macarıstanın Kişvarda şəhərində yerləşən "Varkert" stadionunda baş tutacaq. Cavab matçı isə avqustun 1-də Masazırda keçiriləcək.