“Bakcell Arena”da aparılacaq təmir və yenidənqurma işləri ilə əlaqədar olaraq Azərbaycan Premyer Liqasında III dövrənin XIX turunun oyunu “Neftçi” – “Keşlə”, IV dövrənin XXV turunun görüşü “Keşlə” – “Neftçi” olacaq. “Neftçi”nin Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allehverdiyev Sport24.az-a açıqlamasında ev matçlarını keçirdikləri stadionlarında görüləşəcək işlərin Bakının da qəbul edəcəyi AVRO-2020-nin oyunları ilə bağlı olduğunu vurğulayıb: "Türkiyə yığması həmin final mərhələsində qrup oyunlarını Bakıda keçirəcək. Onlar hazırlıq prosesi üçün “Bakcell Arena”nı seçiblər. Bu üzdən stadion mayda təmirə bağlanacaq. Orda həm ot örtüyü, həm də ümumən infrastruktur baxımından yenidənqurma işlərinə ehtiyac var. “Keşlə” ilə son dövrənin oyunumuz da həmin ayda keçirilməli idi. Onlarla razılığa gəlib matçların yerini dəyişdik".

Məlumdu ki, "Neftçi"nin mayda daha bir ev oyunu - “Qarabağ”la son turun matçı da var. Beləliklə ki, bəlkə çempionluğun taleyini həll edəcək həmin vacib qarşılaşma da "Bakcell Arena"da olmayacaq. Allahverdiyevi dinləyək: "Əslində, bu görüşlə bağlı da belə dəyişiklik etmək istəyirdik. Sadəcə, gec xəbərimiz olduğundan, bu, alınmadı. “Qarabağ”la son tur oyunu böyük ehtimalla “Dalğa Arena”da keçiriləcək”.

Xatırladaq ki, "Neftçi" - "Qarabağ" qarşılaşması mayın 22-də baş tutacaq.