Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi "Partizani" baş məşqçisi ilə yollarını ayırıb. Sport24.az xəbər verir ki, paytaxt təmsilçisi Skender Qeqonun müqaviləsinə xitam verib.

 

O, son olaraq komandanı Konfrans Liqasının 1-ci təsnifat mərhələsinin "Nomme Kalyu"(1:1, 0:1) ilə oyununa çıxarmışdı.

 

"Partizani" cavab görüşündə evdə rəqibinə uduzaraq, avrokuboklardan kənar qalmışdı. Qeyd edək ki, Vüsal İsgəndərli Albaniya klubuna bu yay keçib.