"Azərbaycan millisinin Slovakiya üzərində qələbəsi sürpriz olmadı". Sport24.az xəbər verir ki, bunu Qazaxıstan yığmasının futbolçusu Yan Voroqovski Bakıda Azərbaycana qarşı keçiriləcək UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuncu - VI tur oyunundan əvvəl mətbuat konfransında deyib.

Müdafiəçi hər rəqibə hörmətlə yanaşdıqlarını bildirib: "Bu komandanı güclü rəqib kimi tanıyırıq. Bilirik ki, ölkənizdə "Qarabağ" kimi güclü klublar. İstərdik ki, bizə də hörmət etsinlər".