"Kimə azarkeşlik edəcəyimi deməyəcəm. Çünki həm Qurban Qurbanovu yaxşı tanıyaraq məşqçi, insan kimi hörmətim var, həm də "Qarabağ"da hələ də qalan hazırkı kapitan Maksim Medvedevə. "Kayrat"da isə futbolçular var ki, onlarla ünsiyyətdə oluruq, çünki mövsüm ərzində bir-birimizə qarşı oynayırıq". Bu fikirləri Sport24.az-a açıqlamasında Qazaxıstaın "Akjayık" klubunun baş məşqçisi Vladimir Mazyar deyib.
Futbolçu karyerası dövründə Azərbaycanda "Simurq"da çıxışıyla tanınan, onu tarixinə bombardir kimi düşən ukraynalı keçmiş hücumçu məhz Almatıda oynamağın çətin olduğunu vurğulayıb: "Çünki orda çox yaxşı azarkeşlər var, yerli komandanı çox çılğın dəstəkləyirlər. Meydança da çətinlik yaradır. Bundan əlavə, Almatı dəniz səviyyəsindən yüksəklikdədi, hava çatışmazlığı olur. Bir sözlə, "Kayrat" evdə çox əla oynayır. Bunu "Srvena Zvezda", "Makkabi"ylə matçlarda sübut edib. Öz meydanında çox yaxşı komandaları məğlub edib. Şəxsi fikrim belədi ki, "Kayrat" evdə "Qarabağ"ı da yenəcək - 1 top fərqiylə".
Mazyarın fikrincə, Bakıdakı və Almatıdakı görüşlər iki tam fərqli matçlar olacaq: "Bakıdakı oyunda yol üstə idik, səfərə çıxırdıq. Gördüm ki, "Kayrat" ilk hissədən sonra 1:0 qələbə qazanır, İkinci hissə başlayanda artıq yolda idik və məhz Almatıya uçurduq. "Kayrat" "Qarabağ"dan sonra bizimlə görüşürdü və 1:3 hesablyla uduzduq. "Kayrat" evdə həmişə çox yaxşı, sürətli futboluyla məşhurlaşıb. Sizə deyim ki, baş məşqçisi Kurban Berdıyevin "Qarabağ"la ilk matçdan nəticələr çıxaracağını düşünürəm. Evdə mütləq qalib gəlməlidilər. Qrupa çıxandan sonra hələ qələbəsizdirlər və fikrimcə, ilk olaraq buna "Qarabağ"la görüşdə nail olacaqlar. Ümumiyyətlə, sizə deyim ki, postsovet məkanı təmsilçilərinin qarşılaşmaları həmişə xüsusi maraq doğurur (gülür). Almatıdakı matçı mütləq izləyəcəm. Bizdə artıq mövsüm bitdiyindən Qazaxıstanda deyiləm, Ukraynaya dönmüşəm".
Məlumdu ki. "Qarabağ" qalib gələcəyi Azərbaycan futbolu tarixində pley-offa çıxan ilk klub kimi düşəcək, "Kayrat" üçünsə bu mübarizəni davam etdirmək baxımından son şansdı. Mazyar Berdıyev amilinə də diqqət yetirib: "Kayrat"a təcrübəli baş məşqçi rəhbərlik edir, o da komandanı motivasiya eləməyi bacarır. Qurban Qurbanovlu "Qarabağ"a gəlincə, yaxşı ifaçıları var, daha kombinasiyalı, sürətli futbol oynayır. Topa nəzarət edir, çalışır ki, həmi.ə "1 nömrə"ylə oynasın. Bu, komandanızın əsas üstünlüklərindəndi. Ümumiyyətlə, mənə təəccübləndirdi ki, onlar son mövsümdə necə çempion olmadılar. Görünür ki, "Qarabağ"da bütün mövsümdə hansısa çatışmazıqlar olub və son turda çempionluq matçında "Neftçi"ə məğlubiyyət bunun nəticəsidi. Çünki "Qarabağ" elə komandalarla matçlarda xal itirdi ki, həyatda bunu etməzdi".
44 yaşlı mütəxəssis "Kayrat"ın çempionluq titulunu qoruya bilməməsinə, bu dəfə yalnız bürünc medalçı olmasına da toxunub: "Yaxşı rəqibləri vardı - "Astana"yla "Tobol". Sadəcə, "Kayrat" mövsümün əvvəlində çox xal itirdi. Bu, əvvəlki baş məşqçinin vaxtında idi ki, lazımsız xal itkilərinə yol verdi. Məğlubiyyətləri də oldu, bizə də uduzdular. heç-heçələri də oldu. Sonra "Astana və "Tobol"la şəxsi görüşlərində də qalib gələ bilmədilər, bərabərliyə qaldılar. Bu da yekunda almatıların xeyrinə işləmədi. Ancaq ümumilikdə "Kayrat" bir çox komponentlərdə - oyununa, futbolçu seçiminə görə Qazaxıstanın ən güclü komandasıdı".
Xatırladaq ki, Mazyar "Simurq"la (2007-09-cu illər, 51 oyuna 28 qol) yanaşı, Sumqayıtı təmsil etdiyi vaxtda "Standart"da (2009-10-cu illər, 11 matçda 1 qol) da çıxış edib və orda da futbolçu karyerasını başa vurub. Onun Qazaxıstanda məşqçi kimi "Akjayık"da 2-ci dönəmi olaraq. bu il onun "sükanı arxası"na qayıdıb.
MEHMAN SÜLEYMANOV