Avstriya milli komandasının baş məşqçisi Ralf Ranqnik AVRO-2024-ün seçmə mərhələsinin Azərbaycan yığmasıyla matçdan öncə mətbuat konfransı keçirib.  Sport24.az xəbər verir ki, 64 yaşlı mütəxəssis yığmamızın topa sahib olmağı bacaran güclü komanda ilə oynayacaqlarını deyib: "Rəqib ardıcıl 5 oyundur ki, uduzmur. Heyətimizdə itkilər var. Bunların öhdəsindən gəlmək üçün kifayət qədər keyfiyyətimiz var. Komanda məşqdə çox yaxşı təsir bağışladı. Tam əminəm ki, oyuna güclü tərəflərini meydanda göstərəcək komanda ilə çıxacağıq. Bu oyunda mütləq qələbə qazanmaq istəyirik".

Qeyd edək ki, Avstriya - Azərbaycan qarşılaşması martın 24-də Linzdə  Bakı vaxtilə saat 23:45-də "Rayffayzen Arena"da baş tutacaq.