17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının 2-ci seçmə mərhələsində ilk oyununu keçirib. Sport24.az xəbər verir ki, B Liqasının 6-cı qrupunda yer alan İlham Yədullayevin baş məşqçisi olduğu millimiz Albaniya yığması ilə üz-üzə gəlib. Albaniyanın Elbasan şəhərinin eyniadlı stadionunda təşkil olunan qarşılaşma meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Millimizin heyətində yeganə qolu 47-ci dəqiqədə Tunar Rzayev vurub.

 

Qeyd edək ki, U-17 növbəti oyununu martın 22-də Uels yığmasına qarşı keçirəcək.

 

19 mart

18:00. Azərbaycan (U-17) – Albaniya (U-17) - 1:4

Qollar: Rzayev, 47 - Gjoka, 7, 53, 64, Kulla, 76

Baş hakim: Jérémy Muller (Lüksemburq)

Baş hakimin köməkçiləri: Yannick Mentz (Lüksemburq), Gian Marco Ercolani (San Marino)

Dördüncü hakim: Michele Beltrano (San Marino)

Elbasan Arena.