Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən Azərbaycan hakimləri daha üç yoxlama oyununu idarə edəcəklər. Sport24.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki,
Yanvarın 10-da "Maqdeburq" - "Dinamo" matçında Rauf Allahverdiyev, "Novi Pazar" – "Kanvon" görüşündə Əkbər Əhmədov, yanvarın 11-də isə "Hermanştadt" - "Neftçi" qarşılaşmasında Kamran Əliyev baş hakim olacaq.
10 yanvar
15:00. "Novi Pazar" (Serbiya) – "Kanvon" U-23 (Cənubi Koreya)
Baş hakim: Əkbər Əhmədov.
Baş hakimin köməkçiləri: Teymur Teymurov, Kərim Zeynalov.
16:00. "Maqdeburq" (Almaniya) – "Dinamo" (Kiyev, Ukrayna)
Baş hakim: Rauf Allahverdiyev.
Baş hakimin köməkçiləri: Rəhman İmami, Tərlan Talıbzadə.
11 yanvar
16:00. "Hermanştadt" (Rumıniya) – "Neftçi" (Fərqanə, Özbəkistan)
Baş hakim: Kamran Əliyev.
Baş hakimin köməkçiləri: Şirmamed Mamedov, Gülnurə Əkbərzadə.
Qeyd edək ki, yanvarın 8-də Rumıniyanın "Universitatya" (Kluj) və Cənubi Koreyanın "Kanvon" klubları arasında təşkil olunan yoxlama oyununun baş hakimi Əli Əliyev olub. Hakimlərin Türkiyə toplanışı yanvarın 12-də başa çatacaq.