Azərbaycan UEFA reytinqində 2 pillə irəliləyib. Sport24.az xəbər verir ki bu, "Qarabağ"ın Konfrans Liqasında Qazaxıstan "Kayrat"ı üzərində 2:1 hesablı qələbəsi sayəsində mümkün olub.

Bununla da ölkəmizin aktivinə daha 0,500 xal gələrək ümumi xal sayı 16,000-a çatıb. 26-cı pilləyə yüksələn Azərbaycan hərəyə 15,875 xala malik Polşa və Macarıstanı geridə qoyub. Mahir Emrelinin çıxış etdiyi Polşanın "Legiya" komandası Avropa Liqasının III turunda İtaliyada "Napoli"yə 0:3, Macarıstan "Ferentsvaroş"u Şotlandiyada "Seltik"ə 0:2 hesabı ilə uduzub.