“Neftçi”nin yeni transferi Azər Əliyev azərbaycanlı futbolçu statusunda oynayacaq. Sport24.az xəbər verir ki, bu barədə Bakı təmsilçisinin idman direktoru Zaur Əzizov klubun rəsmi televiziyasına açıqlamasında deyib:

“Azər Əliyev azərbaycanlıdır. Bununla bağlı açıqlama veriləcək. Onunla bütün danışıqlar doğma dildə olub”.

Əliyev “Neftçi” ilə 3,5 illik müqavilə imzalayıb.