"Əlbəttə, "Qarabağ" "Şkendiya" səddini keçə bilər. Son günlərdə edilən transferlər, "Şelburn"la oyun onu göstərdi ki, "Qarabağ" hələ tam gücünü göstərməyib". Bu sözləri Sport24.az-a açıqlamasında Azər Bağırov deyib.
Təcrübəli mütəxəssis UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək "Şkendiya" - "Qarabağ" matçı ilə bağlı gözləntilərini açıqlayıb:
"Şkendiya"nı çox kiçiltmək olmaz. Rumıniya təmsilçisi ilə hər iki görüş göstərdi ki, motivasiyaları yüksədir. . Ümid edirəm ki, təmsilçimiz daha yaxşı oynayıb, yaratdığı qol imkanlarından maksimum istifadə edib, ilk görüşdən sərfəli nəticə ilə ayrılacaq".
Qeyd edək ki, "Şkendiya" - "Qarabağ" matçı bu gün keçiriləcək və Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Komandalar arasında cavab görüşü bir həftə sonra Bakıda reallaşacaq.