"Əsas odur ki, böyük zədələrlə rastlaşmadıq. Yüngül zədələr oldu. Amma məşqlərdə istədiyimiz tempi ala bildik". Bu sözləri Sport24.az saytına açıqlamasında "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov deyib.

 

Mütəxəssis qış təlim-məşq toplanışının "Sabah"la keçirilən son yoxlama oyunu barəsində də danışıb: "Futbolçularımızda yüklənmələr yaxşı oldu. Bilirik ki, təlim-məşq toplanışında futbolçular yorğun olurlar. Çətin olduğunu başa düşürük. "Sabah"la 3 hissəli maraqlı oyun oldu. Futbolçular verilən tapşırıqları yerinə yetirə bildilər. Qol epizodlarından istifadə edə bilmədik. Bunun üzərində çalışmalıyıq".

 

Qeyd edək ki, dünən baş tutan yoxlama görüşündə "Şamaxı" "Sabah"a 0:2 hesabı ilə məğlub olub