DÇ-2026-nın seçmə mərhələsində bu gün Fransa yığması ilə üz-üzə gələcək Azərbaycan millisinin "23-lüy"ü müəyyənləşib. Sport24.az-ın məlumatına görə, baş məşqçi Ayxan Abbasov matçda üç oyunçuya ehtiyac görməyib.

Mütəxəssis bugünkü qarşılaşmada "Sumqayıt"dan Səbuhi Abdullazadə, "Zirə"dən İsmayıl İbrahimli və Ceyhun Nuriyevə şans verməyəcək.

Qeyd edək ki, bu gün keçiriləcək Fransa - Azərbaycan oyunu saat 22:45-də başlayacaq.