Ayaz Quliyev Azərbaycan Premyer Liqasında debüt edib. Sport24.az xəbər verir ki, "Sabah"ıın yeni transferi bunu "Qarabağ"la hazırda 2-ci hissəsi gedən VI turun səfər matçında reallaşdırıb.
Ayaz Tofiq Bəhramov adına Respublika stadionundakı görüşdə Aleksey İsayevi əvəzləyib. O, artıq Azərbaycan pasportu aldığından yerli oyunçu statusunda çıxış edir.
Onu da bildirək ki, "Sabah"ın rusiyalı baş məşqçisi Murad Musayev həmin anda üçlü əvəzləmə edib və meydana girənlərdən biri Roberto Bordinin "Neftçi"də baxışdan keçirərək bəyənmədiyi, sonradan "Qalatasaray"lı olmuş nigeriyalı hücumçu Cesse Sekidika da olub.
Xatırladaq ki, "Sabah" hesabda 0:1 geridədi.