"Qarabağ" Avropa Liqasının Liqa mərhələsində növbəti məğlubiyyətini yaşayıb. "Atlılar" V turda Fransanın "Lion" komandasına uduzub – 1:4.

 

Oyunla bağlı Aslan Kərimov Sport24.az-a açıqlamasında oyunla bağlı fikirlərini bölüşüb:

 

"Qarabağ"ın məğlub olmağının bir neçə səbəbi var. Keyfiyyət "Lion" tərəfdə idi. Futbol elə bir idman növüdür ki, bəzən keyfiyyəti olan komanda belə uduzur. "Qarabağ"ın qalib gəlməsi çətin görsənsə də, bir xal qazanmaq mümkün idi. İlk dəqiqələrdən qol imkanlarımız oldu. Oyundan əvvəl düşündüyümüz o idi ki, "Lion" boşluqlar verəcək. Boşluqlar oldu, amma açıq oynamadılar. Rəqibin ən doğru etdiyi məhz bu idi. İrəli gedirdilər, topu itirən kimi geriyə qayıda bilirdilər. Müdafiə xəttləri yaxşı çıxış etdi. Biz ilk qolu vursaydıq, "Lion necə oynayacaqdı? İkinci hissədə çox güclü futbolçularını meydana buraxdılar. Tolissoya bir epizod bəs elədi ki, keyfiyyətini ortaya qoysun. Foffana hücumda aktiv iştirak edirdi. 19 yaşı olmasına baxmayaraq Avropa klubları onu istəyir. Bəxtimiz gətirsəydi, bir xal qazana bilərdik. Keyfiyyət və səviyyə hesabın belə olmasına gətirib çıxartdı".