"Mən də milli komandadan dəvət gözləyirdim. Elə bir yerli oyunçu yoxdur ki, yığmada çıxış etməyi istəməsin". Bu sözləri Sport24.az-a "Araz-Naxçıvan"ın futbolçusu Urfan Abbasov deyib.

32 yaşlı müdafiəçi son toplanışda Azərbaycan millisinə çağırılmaması ilə bağlı danışıb:

"Bu, ölkəmizin bir nömrəli komandasıdır. Hamı orada çıxış etmək istəyir. Mən də həmçinin. Məşqçilərin seçimidir. Buna hörmətlə yanaşırıq. Biz əlimizdən gələni edirik".

O, Misli Premyer Liqasında üçüncü pillədə qərarlaşan "Araz-Naxçıvan"dan heç kimin dəvət almaması ilə bağlı bunları deyib:

 

"Bu barədə heç nə deyə bilmərəm. Yığmadakı mütəxəssislərin şəxsi fikridir. Amma hər zaman dəvət gözləyirik. Yaydakı toplanışda mən də yer almaq istəyirəm".