"Araz-Naxçıvan"ın əsas hücumçusu Roman Maçado zədələnib. Sport24.az xəbər verir ki, 33 yaşlı forvard "Zirə"yə qarşı keçirdikləri Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda sıradan çıxıb.

 

Braziliyalı oyunçu meydanı xərəkdə tərk edib. Onu Ülvi İsgəndərov əvəzləyib.

 

Qeyd edək ki, hələlik görüşdə hesab açılmayıb.