Araz Abdullayev Türkiyə çempionatında qol hesabını açıb. Sport24.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi cari mövsümdən çıxış etdiyi "Boluspor"da buna dublla nail olub.

"Əskişəhirspor"la XXXIV tur matçı Bolu təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçı əvəzedilmədən keçirən Araz 16 və 56-cı dəqiqələrdə fərqlənib.

Qeyd edək ki, öz meydanındakı bu qələbədən sonra xal sayənə 42-yə çatdıran "Boluspor" turnir cədvəlində 12-ci pillədəki yerini qoruyub.