Ukrayna Futbol Assosiasiyasının prezidenti Andrey Şevçenko Azərbaycan millisinə qalib gəldikləri DÇ-2026-nın seçmə mərhələsinin oyunundan sonra hisslərini bölüşüb. Sport24.az xəbər verir ki, qurumun rəhbəri şəxsi instaqdam hesabında komandasını lakonik şəkildə təbrik edib.

"Daha bir qələbə. Təbriklər, komanda", - deyə funksioner yazıb.

Qeyd edək ki, Polşanın Krakov şəhərindəki qarşılaşma Ukraynın 2:1 hesablı qalibiyyəti ilə bitib.