Almaniyanın "Clubfokus" nəşri Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin Belarusa qarşı keçirdiyi yoldaşlıq oyununu dəyərləndirib. Sport24.az xəbər verir ki, almanlar yığmanın məğlub olmasına baxmayaraq, "Nürnberq"ə məxsus 27 yaşlı hücumçunun yaxşı təsir bağışladığını yazıblar:

 

"Mahir Emreli döyüş ruhu və istəyi ilə xüsusi fərqlənirdi. Bir neçə dəfə fərdi hərəkətləri ilə meydanda təhlükə yaratdı. Həm də müdafiədə çoxlu işlər gördü. Öz cərimə meydançalarında bir neçə dəfə hücumların qarşısını aldı. Bu baş məşqçi Miroslav Klozenin xoşuna gəlməlidir".

 

Qeyd edək ki, Azərbaycan millisi son iki yoxlama görüşündə Haitiyə (0:3) və Belarusa (0:2) yenilib.