Avstriya millisinin kapitanı David Alaba AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan yığmasıyla oyunu buraxacaq. Sport24.az xəbər verir ki, "Real"ın 30 yaşlı müdafiəçisi milli komanda ilə məşqlərə başlasa da, baş məşqçisi Ralf Ranqnik onu yığmamızla matçda oynatmamaq qərarına gəlib.

Bu haqda məlumat verən avstriyalı həmkarlarımız Alabanın AVRO-2024-ün seçmə mərhələsinin II turunda Estoniya ilə ev matçına hazırlaşdığı vurğulanıb.

Qeyd edək ki, Avstriya martın 24-də Azərbaycan, martın 27-də Estoniyanı qəbul edəcək.