Avstriya yığmasının lideri David Alaba evdə Azərbaycan millisinə 4:1 hesabı ilə qalib gəldikləri AVRO-2024-ün seçmə mərhələ oyunu haqda danışıb. Sport24.az xəbər verir ki, zədə səbəbindən bu matçda iştirak etməyən əsas kapitanın fikrincə, bu matç onlara müsbət impuls verib: "Real"ın müdafiəçisi millidəki komanda yoldaşlarını kğnardan izləmək təəssüratlarını da bölüşüb: "Bu, çox əyləncəli idi. Özümüzü meydanda məhz bu cür təsəvvür edirdik. Çalışdım ki, komandanı dəstəkləyim, onları ruhlandırım. Hesab 3:1 olduqdan sonra bunun bizi dəli etməsinə imkan vermədik, konsentrasiyanı itirmədik".