"Neftçi"nin durumu yaxşı deyil. Hər şey rəhbərlikdən asılıdır. İldə 2 dəfə baş məşqçi dəyişmək mənə çatmır". Bu sözləri Sport24.az-a açıqlamasında AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov deyib.

 

"Neftçi"nin uğursuz çıxışını şərh edən Mircavadov çıxış yolunun baş məşqçini tez-tez dəyişilməsində olmadığını bildirib:

 

"Klubun maliyyə imkanı çox yaxşıdır. Komandanı inkişaf etdirmək, hər il avrokuboklarda oynamaq üçün bütün imkanları var. Baş məşqçini tez-tez dəyişsələr, heç vaxt uğur olmayacaq. Samir Abasovun əlində olan futbolçular köhnə baş məşqçidən qalanlardır. Heç olmasa 1-2 il vaxt lazımdır ki, komandanın oyununu düzəltsin. Qış fasiləsində istədiyin oyunçunu gətirmək asan deyil. Gərək güclü maliyyən olsun. Hər şey yay transferlərindən asılıdır. İndiki halda "Neftçi" mövsümün sonunda elə 7-8-ci pillədə qalacaq. Əsas fikirlərini kuboka yönəldiblər. Adətən kuboka çempionatın oyunu ilə gedirsən. Əgər çempionatda zəif oynayırsansa, kubokda heç nə edə bilmərsən. "Neftçi"nin heyətində olan millinin futbolçuları heç nə ilə seçilmir". 

 

Təcrübəli mütəxəssis klub rəhbərliyinin "Neftçi"də oynamış veteranları bir araya yığmasının vacib olduğunu açıqlayıb:

 

"Komandada liderlərin olduğu görünmür. Bu, Samir Abasovun günahı deyil. "Neftçi"nin  rəhbərinin kim olması bilinmir. Ölkənin ən köklü klubunda mən də işləmişəm. Çalışmışam "Neftçi"də oynamış veteranları tez-tez kluba dəvət edim. Ayda 1 dəfə onları yığırdım, oyunçularla söhbət edirdilər. Psixoloji kömək cəhətdən bu amil vacibdir. Amma indi bunu görmürəm.  heç kim"Neftçi"də oynamış veteranlara demir ki, gəlin, söhbət edək.

 

Qeyd edək ki, ötən gün Premyer Liqanın XX turu çərçivəsində "Neftçi" "Araz Naxçıvan"a məğlub olub (1:2).