"Kəpəz" qışdan sonrakı bütün görüşlərdə oyun baxımından rəqiblərindən geri qalmır. Hətta "Neftçi" ilə görüşdə qələbə qazanmaq şansları da vardı". Bu sözləri Sport24.az-a açıqlamasında "Səbail"in sabiq baş məşqçisi Aftandil Hacıyev deyib.

Təcrübəli mütəxəssis Misli Premyer Liqasının XXVII turunda keçirilən "Neftçi" - "Kəpəz" oyunu haqda danışan PRO kateqoriyalı mütəxəssisin fikrincə, Gəncə kubu ətrafında baş verənlər aradan qalxsa, öz əzəmətini geri qaytara bilər: "Tarixi komandadır və çox istərdik ki, son oyunda olduğu kimi gələcəkdə də bu cür oyunların davamı gəlsin. "Neftçi"də isə bir qədər müdafiədə problemlər var. Ev oyununda "Kəpəz"ə bu qədər qol şansı vermək müdafiədəki boşluqlardan xəbər verir. Amma "Neftçi" də qışdan sonra yaxşı çıxış edir. Bütün hallarda komanda qışdan sonra evdə uduzmayıb. Bu da müsbət göstəricidir".

Hacıyev turnir cədvəlində "Sabah" və "Neftçi" arasında gedən ikincilik mübarizəsindən də söz açıb: "Böyük ölçüdə hər iki komanda avrokuboklara vəsiqəni təmin edib. "Neftçi" ikinci pilləyə daha çox istəklidir. "Sabah" isə xal fərqinə görə daha rahat görünür. Bəlkə də bu xal fərqi azalsa, son turlara qədər mübarizə izləyə bilərik. Fikrimcə mövsüm sonunda turnir cədvəlinin ilk üçlüyü hazırkı kimi qalacaq".